Bazar payı Nurlan
-
- Business
Bazar payı praktiki marketinq podkastıdır. Biz burada yerli marketinq mütəxəssisləri ilə google`da tapa bilməyəcəyiniz mövzulardan danışırıq.
-
#13 Video reklamlar: "İstəSən" kampaniyası üzərindən nümunə | Əliağa Şərəfxanlı
Bu dəfəki buraxılışımızda Əliağa bəylə reklam videoları haqqında danışdıq. Qonağımız Əliağa Şərəfxanlı Maverick marketinq kommunikasiyaları agentliyinin baş kopirayeridir və son işlərindən biri olan "İstəSən" (Azercell) kampaniyasının ərsəyə gəlməsində birbaşa iştirak etmişdir.
- Reklam filminin ərsəyə gəlməsi hansı addımlardan keçir?
- İstəSən kampaniyasından nümunə
- Reklam videolarında trendlər
- Reklarımızda emosiyaları ötürə bilirikmi?
- Reklam videolarında obrazlar barədə
- Ssenariyə keçməzdən əvvəl araşdırma hansı formada olmalıdır?
Bizi izləyin:
https://linktr.ee/bazarpayi
#podcast #bazarpayi #marketinq #videoreklam #reklamfilmi #kreativ #maverick #podkast #azercell #istesen #ssenari -
#12 Bank sektorunda marketinq: ABŞ vs. Azərbaycan | Ələkbər Eyvazlı
Bu dəfə bank sektorunda marketinqdən danışmışıq. Qonağımız Ələkbər bəy Finca, Kapital Bank kimi maliyyə qurumlarında marketinq üzrə fərqli vəzifələrdə çalışmış, RabitəBankda isə marketinq direktoru olaraq fəaliyyət göstərmişdir. Hazırda ABŞ-da MBA təhsilini davam etdirir.
Nələrdən danışdıq:
- Bank sektorunda marketinq trendləri
- ABŞ-da bank sektoru və xidmətləri necədir? Nələr fərqlidir?
- Necə oldu ki, LEO bank kartları Kartmane kartlarından daha çox satış etməyi bacardı?
- Bank məhsullarında müştəri loyallığı barədə
- Yerli mobil bank tətbiqləri ABŞ-dakılardan yaxşıdır?
- Şəxsiləşdirilmiş marketinq və SuperApp-lər barədə
- ABŞ və Azərbaycan şirkətlərində marketinq fəaliyyətində və işə yanaşmada fərqlər
Buraxılışın tam versiyasını dinləyin:
https://linktr.ee/bazarpayi
#marketinq #podkast #banking #alakbareyvazli #bazarpayi #productmarketing #banksektoru #mbatehsili #absdamarketinq -
#11 Marketinqi öyrənmək: Hansı bilik və bacarıqlar lazımdır? | Qələndər Məmmədli
Qısa fasilədən sonra qaldığımız yerdən davam edirik. Bu buraxılışda Qələndər müəllimlə marketinqi öyrənmək barədə danışdıq.
Qələndər Məmmədli İqtisad Universitetindən marketinq fənnini tədris edir və həmçinin Ömürboyu Öyrənmə Mərkəzinin direktorudur.
Nələrdən danışdıq:
- Marketinqi öyrənməyə hardan başlamalı?
- Universitet təhsili mütləqdirmi, yoxsa kurslar kifayət edər?
- Nəzəriyyə yoxsa praktika?
- Marketinqə aid yerli akademik resurslar
- Marketinqin tətbiqində qlokalizasiya və s.
Bizi izləyin:
https://linktr.ee/bazarpayi
#marketinq #podkast #unec #qelendermemmedli #bazarpayi #digitalmarketinq #marketinqkurslari #digitalmarketinqkurslari #marketinqioyrenmek -
#10 Google reklamları: avtomatlaşdırma və analitika | Kamal Allazov
Google reklamları bizə hansı imkanları yaradır? E-ticarətdə effektiv avtomatlaşdırmalar? Hansı KPI-lər daha vacibdir? Expanded text ads güncəlləməsi və nələr gözlənilir?
Bu buraxılışda Google Premier Partner Kamal bəylə google reklamlarından danışdıq. Kamal bəy özü də youtube üzərindən google reklamları ilə bağlı kontent paylaşır. Kanalın linkini sizinlə paylaşırıq: https://www.youtube.com/channel/UCq8imlikEQT1TvNUgBuTIgw
Bizi izləyin:
https://linktr.ee/bazarpayi
#bazarpayi #marketinq #podkast #reqemsalmarketinq #digitalmarketinq #dijitalmarketinq #digital #googlereklamlari #googleads #SEM -
#9 Rəqəmsal marketinqdə büdcə optimizasiyası | Babaxan Məlikli
Rəqəmsal marketinq büdcəsini necə müəyyənləşdirməli? Kampaniyaların büdcəsini optimizasiya edərkən nələrədə diqqət etməli? Və daha çoxu.
Bu buraxılışımızda Babaxan bəylə rəqəmsal marketinqdə büdcə optimizasiyasından danışırıq. Babaxan bəy 8 ildir ki, rəqəmsal marketinq üzrə çalışır, bundan əlavə Upper Education və DigitalHero bizneslərinin təsisçisidir.
Bizi izləyin:
https://linktr.ee/bazarpayi
#bazarpayi #marketinq #podkast #reqemsalmarketinq #digitalmarketinq #dijitalmarketinq #digital -
#8 Marketinq agentlikləri ilə işləmək: Reallıq vs. Gözləntilər | Namiq Bayramov
Daxili komanda, yoxsa marketinq agentliklərinə işi ötürmək? Şirkətiniz üçün ən uyğun agentliyi necə seçmək lazımdır? Tez-tez agentlik dəyişməyin nəticələri nələrdir?
Bu buraxılışımızda Namiq bəy ilə marketinq agentlikləri ilə işləmək barədə danışdıq. Namiq bəy YelloAd marketinq agentliyinin həmtəsisçisidir, bununla yanaşı marketinq sahəsində pedaqoji fəaliyyətlə də məşğul olmaqdadır.
Bizi izləyin:
https://linktr.ee/bazarpayi
#bazarpayi #marketinq #podkast #marketinqagentliyi #outsource #reqemsalmarketinq #biznes