Description
Sizi ən çox təcübləndirən film hansıdır ? Hansı film sizi ikinci dəfə ona baxmağa vadar edib ? Bu günə qədər bir çox film, bitdikdən sonra ağlımızda suallar qoyur, təkrar izlədikdə isə hər şey yerinə oturur. İzləyib bitirdikdən sonra isə öz özümüzə sual veririk, bütün bunlara necə olub ki diqqət etməmişik ?. Bu tip filmlərin əksəriyyətində rejissorlar filmin sonunda baş verəcək hadisəni bəlli etməmək üçün, filmin gedişatında gərçəklərə dair heçnəyi əks etdirmirlər. Və normal bir insanın o sonluğu təxmin etməsi mümkünsüz hal alır. Lakin bəzi filmlər var ki, rejissor filmin əslində nə barədə olduğunu sonuna gəlmədən dəfələrlə deyir. Sadəcə diqqətlə izləyib, bunu aydınlaşdırmaq lazım olur. Martin Scorsese-nin rejissorluq etdiyi SHUTTER ISLAND ( Zindan Adası ) filmidə məhz bu filmlərdən biridir. Əminəm ki bu filmi bəyənən hamı, İlk izləmədə qaçırdığı detallara diqqət etmək üçün filmin sonunu gördükdən sonra, açıb birdə izləyib. Yaxşı bəs hansılardır bu detallar ? Teddinin əslində dedektiv olmadığını, əslində o dəlixananın bir pasienti olduğunu ilk izləmədən anlamaq olardı ? Gəlin bütün bu suallara birlikdə cavab axtaraq.