Episodes
Pinçonu həyatı haqqında məlumat əldə edilməsi, yazdığı əsərlərə bənzəyir. Çətin və bir o qədər də, sirli. Bəzi şayiələrə görə, yazarın əsl adı Tomas Pinçon deyil. O sadəcə əsl adını gizləmək üçün bu addan istifadə edir. Bəziləri isə heç belə bir yazarın var olmadığını iddia edir. Onların fikirinə görə Tomas Pinçon sadəcə başqa bir yazarın təxəyyülünün məhsuludur. Bu tipli təsdiqini tapmamış fikirlər çoxdur və günlər irəlilədikcə də çoxalır. Çünki məşhur əsərlərin sahibi, bu haqda heç bir...
Published 07/24/24
Türkmənistan Qaraqum səhrasında Darvaza, adlanan kənddə Cəhənnəm darvazası yerləşir. Darvaza Aşqabaddan təxminən 260 km şimalda, Qaraqum səhrasının mərkəzində yerləşən, və təqribən 350 nəfər əhalisi olan Türkmənistan kəndidir. Bu ərazidən bəhs edilmə səbəbi isə burada dünyanın ən qorxulu məkanlarından biri hesab olunan “Cəhənnəm qapısı”nın (darvaza) yerləşməsidir. Dərinliyi 30 m , diametri 69 m olan bu təbii qaz kraterini Türkmən mediasında Qaraqum parııltısı da adlandırırllar.
Published 07/23/24
Kinosəneye hər il yüzlərlə film istehsalı ilə məşğul olsa da onlardan yalnızca bəziləri insanların yaddaşına həkk oluna bilir. Hələ həmin film 1940-ci illlərin çətin şəraitində, ərsəyə gəlibsə. Üstəlik də Ağ qara.Ancaq ağ-qara film deyib keçməyin. Fizikada Eynşteynin Nisbilik nəzəriyyəsi, Rəssamlıqda dalinin sürrailizmi nədirsə, 1941-ci ildə 25 yaşlı Orson Vellesin rejissoru , baş rolu , ssenari müəlliflərindən biri olduğu “ Vətəndaş Keyn “ də odur.
Hazırladı: Mələk
Published 07/12/24