Sual-Cavab #7
Listen now
Description
Suallar: 1- Axrıncı canlı yayında qadınların tək qala bilməməsi barədə danışdız, sizlə razıyam amma səbəbi tam bilmirəm. Növbəti efirdə bunu əsaslandırsaz çox yaxşı olar. 2- İzlədiyim bir neçə videoda yalniz komfort zonadan kənarda inkişaf edə biləcəyimiz deyilir. Ancaq mən komfort zonada olanda sanki işlerimi daha düzgün ve dəqiq şəkildə edirəm. İnsandan insana dəyişən bir şeydi bu inkişaf ya komfort zonada olanda yerimizdə sayırıq? 3- Rəqabət hissinə necə qalib gələ bilərik? Kainat bolluqdu və istədiyimiz hər şeyə " hə " cavabı verilir düşüncəsini necə tam " həzm edə" bilərik? 4- Niyə önəmli olduğumuzu düşünürük? Çox aciz bir hiss deyilmi? 5- Sevgi insana nədən verilib? 6- Düşüncələrin fərqində olmaq istədikdə və onlara diqqət yönəltdikdə itirlər. Sonra yenidən gəlirlər, amma onda da mən fərqində olmuram. Nə etməliyəm? 7- Niyə yaşayırıq? 8- Kiçik bir hadisədən sonra hətta yaxınlara qarşı içdə kin saxlayıb, narahat oluram. Elə bilirəm o da müddət ərzində belə fikirləşir. Amma həmin adam mənimlə ünsiyyət qurmağa başlıyanda görürəm ki, onun heç vecinə də deyildi, mən beynimdə hər şeyin dərinliyine gedirəm, böyüdürəm hər şeyi. Bu mənə dəfələrlə sübut olsa da qurtula bilmirəm bu döngüdən. Bu nə ilə əlaqədardı? 9- Bu günə qədərki sorğularda heç soruşulmayan hansı məqam var ki, mənəvi inkişaf üçün önəmlidir və sən istərdin ki, bunun haqqında soruşulsun və sən danışasan. 10- Is love acceptance?
More Episodes
Published 05/02/22
Published 05/02/22
Published 05/02/22