Episodes
Yəqin ki, uğursuz məhkəmə təcrübəsindən sonra vətəndaşların "Avropa Məhkəməsində görüşərik!" ifadəsini tez-tez eşitmisiniz. Elə bu səbəblə Azərbaycandan olan müraciətlərin prakitk həllinə birlikdə baxmaq və hansı hallarda müraciət etmək lazımdır kimi məsələləri aydınlaşdırmaq üçün qonağımız vəkil Sevinc Əliyeva ilə birlikdə sizlərə maraqlı kontent hazırlamışıq. Gəlin birlikdə ölkəmizdən Avropa Məhkəməsinə olan müraciətləri və prosesə onların yanaşmasını dəyərləndirək. Yeni buraxılışımız...
Published 05/13/24
Published 05/13/24
Daha çox sadə vətəndaşların xəbər saytlarında həbs olunan şəxslərlə bağlı qarşılaşdıqları yalnış informasiyalara İnara və Ayşə qonaqları vəkil Fariz Namazlı ilə aydınlıq gətiriblər. Bu epizodda sizləri real praktiki təcrübələrlə yanaşı, mümkün ola biləcək təqsirləndirilmə hallarında hüquqi özünümüdafiə addımları haqqında bolca məlumat gözləyir. Həbs olunmuş şəxslərin və məhkumların hansı hüquqları var? Təqsirləndirilən şəxs susma hüququndan istifadə edə bilərmi? Məhkumların ailələri ilə...
Published 04/29/24
İnara və Ayşə bu dəfə digər zorakılıq növləri ilə çox zaman qarışdırılan gender əsaslı zorakılıqdan və bunun müəyyənləşdirilmə meyarlarından danışacaqlar. Gender əsaslı zorakılığı digər zorakılıq növlərindən əsas fərqləndirən məqam nədir? Bu zorakılıq növü necə təzahür olunur? Kişilər gender əsaslı zorakılığa necə məruz qalır? Qanunvericilik bizi bu kimi zorakılıq hallarından necə qoruyur? Digər gender kimlikləri gender əsaslı zorakılığa hansı formalarda məruz qalırlar? Bütün suallarınıza...
Published 04/15/24
İnara və Ayşə bu dəfə alqı-satqı məsələlərində vətəndaşların tez-tez rastlaşdığı problemlərə aydınlıq gətiriblər. Bu epizod demək olar ki, bütün vətəndaşların gündəlik həyatda işlərinə lazım olacaq sadə məlumatlarla doludur. Gəlin görək bütün alınan malları geri qaytara bilərikmi? Hüququmuz qaytarmaq, yoxsa, dəyişdirməkdir? Qanun istehlakçıya hansı güzəştləri edir? Beh ödənilən zaman istehlakçı sui-istifadə olunarsa, bu zaman hansı hüquqlarından istifadə edə bilər? Alıcı və satıcı arasında...
Published 04/01/24
İnara və Ayşə bu dəfə mənəvi zərər mövzusuna hüquqi baxış gətirəcəklər. Bu epizodda Azərbaycan məhkəmə təcrübəsində mənəvi zərərlə bağlı müraciətlərə ümumi yanaşmanı və mövcud qanunvericiliyi prakitiki nümunələrlə sizlər üçün asanlaşdırıblar. Mənəvi zərər nədir? Zərər anlayışı necə dəyərləndirilir? Məhkəmədə mənəvi zərər təcrübəsi necə qiymətləndirilir? Mənəvi zərərlə bağlı cərimə ödənişi nə qədər olmalıdır? Bu və bu kimi bütün suallarınıza cavab tapacağınız bir epizod olacaq. Suallarınız...
Published 03/18/24
İnara və Ayşənin qonağı bu dəfə hüquq elmləri doktoru Sübhan Əliyev oldu. Azərbaycanda hüquq təhsilini ətraflı müzakirə etdiyimiz bu epizodda, xüsusilə, gənclərin sürətli beyin köçünün ixtisaslaşmalarına təsirindən söz açıblar. Universitetlərdə müəllimlər hansı problemlərlə üzləşirlər? Hazırda ölkədə hüquq təhsili nə yerdədir? İnkişaf üçün nələrə ehtiyac var? Hüquq tələbələri nə üçün xarici ölkələrə üz tuturlar? Bütün hüquq tələbələrini və hüquqa hazırlaşan gəncləri yeni epizodumuzu dinləməyə...
Published 03/04/24
Kiçik marketlər niyə bağlanır? Yəqin ki, bu sual haqqında ən azı 1 dəfə düşünmüsünüz. Bu minvalla haqsız rəqabətdən danışmağa qərar verdik. Haqsız rəqabət nədir? Bazarda güc kimdədir? Yeni qəbul olunmuş "Rəqabət məcəlləsi" kiçik sahibkarları qoruya biləcəkmi? Bu və bu kimi bir çox sualları qonağımız, hüquqşünas Rəşad Cahangirov sizlər üçün cavablandıracaq. Epziodu bəyəndiyiniz təqdirdə rəy və ulduzlarınızı bizimlə bölüşün ki, sizlər üçün ən maraqlı mövzulara vətəndaş mövqeyindən hüquqi...
Published 02/19/24
"Hippokrat andı" qalsın bir kənara, bu dəfə İnara və Ayşə vəkil Anar Məmişovla həkim fəaliyətinin hüquqi tərəflərini aydınlaşdıracaqlar. Uğursuz estetik əməliyyatlar və insan həyatını təhülkəyə atan qalıcı fəsadlar.... Bu hallarda həkimləri hansı məsuliyyətlər gözləyir? Estetik əməliyyata daxil olduqda imzaladığımız müqaviləyə niyə baxmalıyıq? Həkim səhvlərini kim müəyyən edir? Bu kimi suallarınıza cavab tapacağınız maraqlı bir epizod hazılramışıq. Bəyənəcəyinizi ümid edir, rəy və...
Published 02/05/24
Nahid bəy deyir ki: "Bu dünyada iki şeyə çarə yoxdur: vergi və ölüm." İnara və Ayşənin budəfəki qonağı vergi məsələləri üzrə təcrübəli vəkil Nahid Tağıyev oldu. Vergi məcəlləsində mövcud dəyişikliklər kimlərə aiddir? Sadə vətəndaşlar yoxsa, sahibkarlar narahat olmalıdır? Vergidən yayınanlar kimlərdir? Influenser və blogerlər vergi ödəyirlərmi? Qısacası sizlər üçün vergi məcəlləsini sadələşdirik. Bəyənəcəyinizi ümid edir, rəy və təkliflərinizi gözləyirik!
Published 01/22/24
Geridə qoyduğumuz ildə fərqli platformalar üzərindən sizlərdən gələn maraqlı sualları cavablandırmağı özümüzə borc bildik. Bu epizodda moderatorumuz Familə sizləri maraqlandıran sualların cavabını canlı-canlı İnara və Ayşədən almağa çalışdı. Ümid edirik bu epziodda "faydalılıq" məqsədimizi qoruyaraq sizlər üçün həm də maraqlı yol yoldaşı olacağıq. Yeni il üçün canlı yayımlar və maraqlı epizodlarla qarşınızda olmağa davam edəcəyik. Hər zaman HAQQ yolunda olaq. Yeni iliniz mübarək!
Published 12/30/23
Bu epizodda sizlərə "cinsi qısnama" anlayışını hüquqi müstəvidə izah etməyə çalışdıq. Bir çox hallarda baş verdiyinin fərqində belə olmadığımız cinsi qısnama halları necə təfsir olunur? Qanunvericilik bizi bu hallarda qoruyurmu? Cinsi qısnama hallarında vətəndaşlar hansı addımları ata bilərlər? Bütün bu kimi suallarınıza cavab tapacağınız bir bölüm olacağına inanırıq. Bəyənməyi və dostlarınızla bölüşməyi unutmayın! Xoş dinləmələr.
Published 12/18/23
Hər şeydə olduğu kimi qanunda da absurdluq ola bilir. Bu dəfə İnara və Ayşə qonaqları vəkil İsrafil Əlili ilə birgə ölkədə və xaricdə müşahidə olunan absurd qanunların geniş təhlili və müzakirəsinə yer veriblər. Gəlin görək ki, absurd qanun deyəndə onlar nəyi nəzərdə tutur? Hansı istiqamətdə tənzimlənən qanunlarda absurd hallar daha çox müşahidə olunur? Müxtəlif məhkəmə təcrübələri nəyi göstərir? Xoş dinləmələr! Bəyənməyi və paylaşmağı unutmayın.
Published 12/04/23
Bu epizodda ifadə azadlığını geniş şəkildə təhlil edərək bu başlıq altında "Hamı hər şeyi danışa bilər?" sualına İnara və Ayşə aydınlıq gətirir. Sosial mediada və real həyatda istifadə etdiyimiz və ya etmək istədiyimiz bütün ifadələr həqiqətən də ifadə azadlığıdır? Danışığımıza fikir verməsək nə olar? Dinləyin, bəyənin, paylaşın və növbəti epizodlar üçün rəylərinizi bölüşməyi unutmayın. Xoş dinləmələr!
Published 11/20/23
Qonağımız Fərid Mehralızadə ilə birlikdə ən çox diqqətdən kənar qalan taksi sürücülərinin hüquqlarından danışmışıq. Əslində normal qəbul olunan hallar taksi sürücülərinin əməyinin istismarı ola bilərmi? Hökümətin taksi fəaliyyətini tənzimləməsinə ehtiyac varmı? Qlobal taksi şirkətləri ölkədə niyə bu qədər sərbəst fəaliyyət göstərirlər? Bu və bu kimi bütün suallarınızı yeni epizodumuzda sizlər üçün aydınlaşdırmağa çalışmışıq. Dinləyin, paylaşın və bəyənin ki, hüquqlarını bilməyən heç kim...
Published 11/06/23
Müşahidə edirik ki, işçi hüquqları son zamanlarda ən aktual mövzulardan biridir, xüsusilə də müqavilələr. İnara və Ayşə bu dəfə sizlər üçün xidmət və əmək müqavilələrinin fərqlərini, həmişə olduğu kimi təməl işçi hüquqlarını və sadəcə dinləyicilərimizin biləcəyi gizli sirlər bölüşüb. Dinləyin, bəyənin və paylaşın ki, hüquqlarını bilməyən vətəndaşlarımızın sayı azalsın. Xoş dinləmələr!
Published 10/23/23
Bəli. Başlıqdan da məlum olduğu kimi bugün cinsinə görə hamiləliyin sonlandırılmasından, yəni selektiv abortlardan danışırıq. Qonağımız ginekoloq Dr. Elnarə Məmmədova ilə birlikdə mövzunu real nümunələr üzərindən həm tibbi, həm də hüquqi aspektdən geniş-geniş müzakirə etmişik. Bu epizodla böyük fərqindəlik yaratmağı hədəfləyirik. Bunun üçün podkastı dinlədikdən sonra dostlarınızla da paylaşmağı unutmayın.Xoş dinləmələr!
Published 10/09/23
Qonağımız Əli Qəmbərovla birlikdə artan intihar hallarına hüquqi baxış gətirməyə çalışdıq. Fərdlər niyə intihara əl atırlar? Burada digər şəxslərin rolu varmı? Olduğu təqdirdə cəza təbirləri nələrdir? Medyanın intihar hadisələrini işıqlandırması nə dərəcədə doğrudur? Gəlin diskussiyamıza qoşulun və suallarımızın cavabını birlikdə alaq. Xoş dinləmələr!
Published 10/02/23
Bugün danışırıq valideyn hüquqlarından. Valideynlərin uşaqları üzərində hansı səlahiyyətləri var? Uşaqları yetişdirmək onların öhdəliyidir, yoxsa seçimi? Xarici təcrübədə valideyn və övlad münasibətləri necə tənzimlənir? Qısacası, çalışmışıq ki, bütün suallarınızın cavabını bir epizoda sığışdıraq. Dinləyin və bal verməyi unutmayın. Xoş dinləmələr!
Published 09/18/23
Bu epizodumuzda məişət zorakılığına məruz qalmış hər bir şəxsin təməl hüququ olan mühafizə orderindən danışmışıq. Gəlin birlikdə mühafizə orderinin təcrübədə bizi həqiqətən də qoruyub-qorumadığını müəyyənləşdirək. Xoş dinləmələr!
Published 09/11/23
Bu dəfə qonağımız Vəkillər Kollegiyasının üzvü Babək Həmidovla birgə son dönəmlərdə aktuallığını davam etdirən dələduzluq hallarını real hadisələr üzərindən müzakirə etmişik. Borc almaq və vermək hazırki dövr üçün nə qədər təhlükəlidir? Dinlədikdən sonra şərhlərinizi gözləyirik.
Published 09/04/23
Hüquqşünas Səməd Rəhimli ilə bu həftə polislərin səlahiyyətlərindən danışırıq. Müzakirəmizdə polisin müqavimətindən, hansı hallarda odlu silahdan istifadə edə biləcəyindən, etirazlara qanuni cavablardan: qısacası -mali, məli (lər)-dən danışırıq. Fasilə verdiyiniz hər anlarda sizləri həmsöhbətimiz olmağa dəvət edirik.
Published 08/28/23
HAQQ Talk podkastın ilk buraxılışının qonağı iqtisadçı Fərid Mehralızadədir. İnara və Ayşə qonaqları ilə birgə son dönəmlər aktual mövzu olan kuryerlərin hüquqlarından danışırlar. Gəlin görək qanunvericilik kuryer hüquqları haqqında nə deyir?
Published 08/21/23