Episodes
yaşamaq üçün, yaşada bilmək üçün, yola davam etmək, əvvəlki mənlərlə bağ yarada bilmək, qısacıq zamanımızda var ola bilmək üçün.
Published 05/06/24
Published 05/06/24
bu bölümü kiminsə yaxşısı ola bilməyənlər, olmayanlar üçün qeydə almışam. xoş dinləmələr:)
Published 04/15/24
Bu səs qeydində dispanserdə tanış olduğum rəssamın, yenidən sevdiyim şeylər üçün əmək verməyimə ilham olması və itirmək qorxumun məni həyatdan necə qopardığının fərqinə varmağımın hekayəsini danışıram.
Published 04/07/24
bu gün aynadaki əksimdə fərqinə vardım ki, mən saçıma ağ düşəcək qədər yaşaya bilmişəm, bu bölümü qeydə almazdan bir müddət öncə niyə yaşamalı olduğumun fərqinə varmışdım. illər keçir, saçımıza ağ düşür və biz yaşamağı istəyə bilirmişik, bu gün anladım bunu mən, sizlədə bölüşmək istədim, dinlədiyiniz üçün təşəkkür edirəm.
Published 03/14/24
Salam, bu bölümün daxilində son zamanlarda beynimdə olan suallar, qərara gəldiyim və gəlmədiyim fikirlər, ortaya qarışıq, bir-biri ilə başda və sonda bağlılığı olan mövzular haqqındaki fikirlərimi danışmışam, qarmaşadaki sakitliyə xoş gəldiniz :) xoş dinləmələr.
Published 03/08/24
Əvvəlki evimizdə bizlə birlikdə yaşayan corellanın(Boss) hekayəsindən və qara qarğalardan danışdığım bölüm oldu. Açıqlamada yaza biləcəyim tək şey “Dayanmak kolaysa bırak onlar da yansın” :) xoş dinləmələr arzu edirəm, görüşənədək.
Published 02/19/24
Uzun müddətdir narahatlıqlarla əl-ələ yaşayıram. Bəzən artıq davam edə bilməyəcəyimi düşündüyüm belə olur. Son zamanlarda narahatlıqlarıma və onları sakitləşdirmək üçün etdiklərimi analiz etdikcə, məni yaxşı və bütün hiss etdirən yeni amma köhnədən var olan şeyləri kəşf edirəm, bunların bəzilərini sizinlədə bölüşmək istədim🤍
Published 02/17/24
Nərgizin yazdığı və bəstələdiyi mahnını bu linkdən dinləyə bilərsiniz: https://soundcloud.com/nargiz-aliyeva-435183036/yas-n-sonu?utm_source=clipboard&utm_medium=text&utm_campaign=social_sharing
Published 01/28/24
2023 boyunca mənimlə birlikdə olduğunuz üçün təşəkkürlər, bu ilki səyahətimizin sonuna gəldik. yeni başlayan səyahətimdə də məktublar göndərməyə davam edəcəm. sizi sevirəm, var olduğun üçün təşəkkürlər, səyahətimizdə uğur və sevgilər arzu edirəm. yeni ildə görüşənədək, sevgilərlə Mirvari’dən.
Published 12/30/23
səslərin mənə, bizlərə nə dediyini düşünürəm. onların bizə dediyi insanlar olmadığımızı bilirəm. bütün bunlarda yalnız deyilsən.
Published 09/14/23
"Unutma, kiməsə ehtiyacın yoxdu sənin, sən gördüyüm ən güclü birisən"- qardaş Mircavad Həşimli.
Published 08/01/23
Salamm, bu bölümdə terapiyaya başlama, bu səyahət boyunca qarşılaşdığım, hiss etdiyim və yaşadığım bəzi şeylər haqqında danışacam. 3 Digər bölümlərdə görüşənədək.
Published 04/30/23
evim. bu bölümdə sənə evim haqda danışmaq istəyirəm. baxçası çiçəklərlə dolu, təmir etməsi çətində olsa, zamanımı, sevgimi və əməyi verərək möhkəmləndirdiyim, mənə aid formaya saldığım, azad olduğum, çox sevdiyim evim. böyüdüyüm, bəzi zamanlarda savaş verdiyim və tərk etməyə çalışdığım, zamanla dəyərini anladığım və daxilində yaşlanmağı ümid etdiyim canım evim 3 səni çoox sevirəm. dinlədiyin üçün təşəkkür edirəm.
Published 03/22/23
Salamm, bu bölümdə yeni oxuyub, bitirdiyim və artıq ən sevdiyim kitablar sıralamasında ən öndə yer alan kitab haqda danışıram. Oxuyarkən ağlımda olan şey bura gəlib, bütün bunları sənlə də bölüşmək idi, xoş dinləmələr3
Published 03/19/23
Salamm, bu sərbəst atış bölümündə aidlik hissim və aid olduğum şeyləri tapmaq üçün çıxdığım yolda yeni nələr öyrəndiyim ilə bağlı danışacam3 Uzun bir yol amma əyləncəli və dolu-doludur. Xoş dinləmələr, sevgilərlə, Mirvari3
Published 03/15/23
Salamm, mən Mirvari Həşimli. Səni yenidən gördüyüm üçün çox sevindim. Bu bölüm biraz yorğunluq, hüzün, üzləşmə və yaxşıya doğru gedən sağalma yoluma əsaslanaraq qeydə alınmışdır. Dinləyəcəyin hekayə mənə aiddir. Bu bölümün açıqlamasında yazacaq çox uzun cümlələrim yoxdur, duyğularımı və düşüncələrimi bölüm daxilində yetərincə bölüşmüşəm məncə, bilməlisən ki, dinlədiyin üçün sənə təşəkkürlərimi yollayır və bənzər şeyləri yaşıyırsansa/yaşamısansa mən sənin yanındayam. Zamanla yaralarımızın...
Published 02/18/23
Salamm, mən Mirvari Həşimli. Bu bölümün daxilində bəzi tetikləyicilər mövcuddur. Bu bölümdə sizinlə yemə pozuntuları və bədənsəl olaraq mövcud olan düşüncələr haqda ilkin fikirlərimi bölüşürəm. Bu bir seri halında olacaqdır. Mümkün qədər dürüstlüklə sizinlə yaşantımda olan detalları bölüşməyə, həmçinin bundan əziyyət çəkən digər insanlarıda qonaq almağa çalışacam. Bəzən insanların gördükləri şeyləri, biz olaraq qəbul etmələri yetəri qədər acı verir. Bu səbəblə bunu yaşayan sənin də yalnız...
Published 01/28/23
İki aylıq verdiyim aradan sonra, yenidən necə davam edə biləcəyimi düşünürdüm, yalnız podcast hazırlamağa deyil, yaşamda var olmağada. Sonunda bir cavab tapdığımda, bunu sənlə də bölüşmə qərarı aldım✨ Xoş dinləmələr, səni sevirəm❤️
Published 01/03/23
Bölümün başlığı yetərli açıqlamanı verir. O pəncərədən daha öncə baxdığımda nə hiss etdiyimi xatırlayıram. Bu başlıq altında yayımlanacaq hər bölüm yenidən eyni hiss etməmək üçün olacaqdır. Çünki bu səfər o pəncərəni dünyaya səsimi eşitdirə bilmək üçün açıram. Eşitdiyinizi bilirəm.. 3 Xoş dinləmələr, səni sevirəm.
Published 11/07/22
Salammm, burada səni gördüyüm üçün çox sevinirəm. Bölüşməli olduğumuz və bölüşmək üçün həyacanla gözlədiyim bir çox mövzu var. Bu bölümdə səyahətdən yazdığım ilk məktubu oxuyuram.Tək olaraq çıxdığım səyahətdən sonra xatırladığım, qeyd etdiyim və hiss etdiyim şeyləri sənə səsli mesaj olaraq buraxıram :)Dinlədiyin üçün təşəkkür edirəm, sonraki bölümlərdə görüşənədək, hələlikk. İnstagram hesabım: @mirvarihashimli
Published 10/23/22