YAD
Episodes
və Güneeel Zirvə! Bu dəfəki podkastda olduqca fərqli mövzulara toxunduq. Aktyorluqdan ər çörəyinin dadına qədər geniş spektrdə müzakirələr apardıq. Dedik, güldük, əyləndik. Əgər gülüş səsim sizi narahat edirsə, sona qədər dinləməyə bilərsiniz))))  Diqqət! Yüksək miqdarda sarkazma məruz qalma ehtimalınız var!    Qulaqlarınız dərd eşitməsin!
Published 07/15/21
YAD
Published 07/15/21
Amerika sevgisi, VƏTƏN anlayışı, təbiət Vs. komfort kimi müxtəlif mövzuları Vüqar Salamlıdan dinləməyə tələsin! 90-ları həqiqətən yaşamış insandan dinləmək ayrı hiss imiş))) Ev tapşırığı:  äkinchi-yə patron olun!   Qulaqlarınız dərd eşitməsin!
Published 07/08/21
Azərbaycanlılaşdıra bildiklərimizdənsinizmi? Əgər deyilsinizsə, hələ də gec deyil))) Maraqlı insanları öz podkastında illərdir qonaq edən Röyal Paşayev (aka AZ-YA) bu dəfə özü bizə qonaq oldu. Öz dilimizdə GoT-dan tutmuş Nobel mükafatına qədər şaxələnən söhbətə qulaq asmağa tələsin! Qulaqlarınız dərd eşitməsin!
Published 07/01/21
Nərminlə çalışdıq ki, feminizmdən çox danışmayaq. *alındığı qədər* Əvəzində Kitab Klubumuzdan, "Friends" sevgimizdən, Avropa macəralarımızdan danışdıq. Birlikdə dincəldik. Sizin də dinləyərkən dincəlməyiniz diləyi ilə... Qulaqlarınız dərd eşitməsin!
Published 06/25/21
Səmədin səsinə heyran olduğumu demişdim? Ex-lərdən bizə qalan nə oldu? Amerika və Avropaya yolumuz necə düşdü? Hələ də maraq oyanmadısa, Səmədin qəribə vərdişləri və "Guilty Pleasure"-i 100% maraq yaradacaq. Dinləyib bəyənməyi  unutmayın!  Qulaqlarınız dərd eşitməsin!
Published 06/17/21
Hacı ilə çox əyləndik. İnanc, ya da inancsızlıq haqqında fikirlərimizi, ölümdən sonranı necə təsəvvür etdiyimizi dinləmək maraqlıdırsa, çayınızı süzüb, səsi artırın.  Qulağınız dərd eşitməsin!
Published 06/10/21
Nərminlə yenə atomu parçalamağa çalışmışıq. Necə tanış olduğumuzdan, İstanbul macəralarımızdan, məktubdan, sevdiyimiz alimlərdən, müəllimlik peşəsindən, qısacası, o an ağlımıza gələn hər şeydən danışmışıq. Spoiler Alert!!! Sonda, deyəsən,  dünyanı xilas eləməyə çalışıram.)))  Qulaqlarınız dərd eşitməsin!
Published 06/03/21